BAKI, 3 avqust. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan vilayətində insan tələfatı ilə nəticələnən ağır kömür mədəni qəzası ilə bağlı bu ölkəyə başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan tərəfi çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən mədən qəzası xəbərindən kədərlənib:
"Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyir və təhlükədə olan hər kəsin ən qısa zamanda xilas edilməsini ümid edirik".
Qeyd edək ki, Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəni çöküb. Hadisə nəticəsində 34 nəfər həlak olub.