BAKI, 18 aprel. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Kevin Hamilton ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.
Qeyd edilib ki, tərəflər Azərbaycan–NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulanıb, xüsusilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlər yüksək qiymətləndirilib.
Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi perspektivləri də nəzərdən keçirilib.
Ceyhun Bayramov regiondakı son proseslər, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhə yönəlmiş səylər barədə NATO rəsmisini məlumatlandırıb.