BAKI, 25 fevral. TELEQRAF
Sabah Xocalı faciəsinin növbəti ildönümüdür, bu qətliamı heç vaxt unutmaq olmaz.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.
"Vaxtilə türklərə qarşı qətliamlar törədənlərin sonradan dünyada "türklər qətliam törədib" deyə təbliğat aparmaları və bununla bağlı müxtəlif ölkələrin parlamentlərində qərarlar çıxarılması qəbuledilməzdir. Təəssüf ki, bəzi ölkələr, xüsusilə, Fransa bu məsələdə ön sırada yer alıb. Bu da Qərbdə bir çox ölkələrin gördüyü və bizim təəssüf hissi ilə xatırladığımız məsələlərdəndir", - deyə qeyd edib.
F.Oktay onu da əlavə edib ki, hazırda Ermənistan daha fərqli mövqe nümayiş etdirir: "Bu isə sevindirici haldır".