BAKI, 25 fevral. TELEQRAF
Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nda aşağıdakı dəyişikliklər edilib. Belə ki, ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsini qeyd edilən tələblərə riayət edilməklə həm də kursantlar doldurmalıdır.
Həmçinin “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nə və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin edilən dəyişikliyə əsasən hər iki təhsil müəssisəsi ali və orta ixtisaslı kadrlar hazırlayacaqlar.