BAKI, 9 fevral. TELEQRAF

Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üzrə növbəti iclasının gündəliyinə bələdiyyələrin fəaliyyəti haqqında illik məruzə daxil edilib.

Teleqraf xəbər verir ki, komitə iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Milli Məclisinə illik məruzəsi (2025-ci il üzrə) “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 9-cu maddəsinə əsasən hazırlanıb.