BAKI, 19 yanvar. TELEQRAF
Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Bunlara Mədəniyyət komitəsində 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat, Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi daxildir.
Eyni zamanda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi və “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) komitədə müzakirəyə çıxarılıb.