BAKI, 10 yanvar. TELEQRAF

Bazar qiymətləri üzrə qızılın bir unsiyasının dəyəri tarixdə ilk dəfə olaraq 4 500 dolları keçib.

Teleqraf xəbər verir ki, bu barədə "Comex" birjası məlumat yayıb.

Yanvarın 9-u axşam saatlarına olan məlumatlara görə, qızılın fyuçers müqaviləsinin qiyməti 4 510 dollar təşkil edib və bu, əvvəlki göstəricidən 1,13% yüksəkdir.

Qızılın qiymətindəki bu artım bazarlarda investorların etibarlı aktivlərə marağının artması ilə əlaqələndirilir.