BAKI, 10 yanvar. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi kontingentin göndərilməsi təşəbbüsü ilə bağlı parlamentdə təmsil olunan partiyaların liderləri ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.
Məlumata görə, görüşdə Fransa hökumətinin üzvləri və yüksək rütbəli hərbi rəhbərlik də iştirak edib. Tədbirə baş nazir Sebastyen Lekornu, Silahlı Qüvvələr naziri Katrin Votren, eləcə də Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandon qatılıb.
Qəzet yazır ki, Makron parlament partiyalarını Ukraynaya hərbçilərin göndərilməsinin zəruriliyinə inandırmağa çalışıb.