BAKI, 10 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı əldə etmək niyyəti ilə bağlı hədələrini sərtləşdirərək, Vaşinqtonun bu məsələ ilə bağlı “istəsələr də, istəməsələr də” addım atacağını bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə neft və qaz sənayesinin rəhbərləri ilə keçirilən görüş zamanı səsləndirib. ABŞ prezidenti bildirib ki, əgər Vaşinqton Qrenlandiya ilə bağlı hərəkətə keçməsə, bu ərazi Rusiya və ya Çinin nəzarətinə keçə bilər.

“Əgər biz bunu etməsək, Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək. Biz isə Rusiya və ya Çinin qonşumuz olmasını istəmirik”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, ABŞ Qrenlandiya ilə bağlı qərar qəbul edəcək: “Bu ya yaxşı yol ilə olacaq, ya da daha çətin yolla”.