BAKI, 10 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə planlaşdırılan danışıqların “çox yaxşı” keçəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə Ağ Evdə açıqlama verib. O, görüşü səbirsizliklə gözlədiyini vurğulayıb.
“Düşünürəm ki, Kolumbiya prezidenti ilə görüş çox yaxşı keçəcək. Onu səbirsizliklə gözləyirəm”, - deyə ABŞ prezidenti qeyd edib.