BAKI, 10 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranda etiraz aksiyalarının iştirakçılarına qarşı atəş açılacağı halda ABŞ-nin güc tədbirlərinə əl ata biləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, Tramp bu açıqlamanı yanvarın 9-da Ağ Evdə neft şirkətlərinin nümayəndələri ilə keçirilən görüş zamanı verib.
Amerika lideri bildirib ki, hazırda İranda vəziyyət son dərəcə təhlükəlidir və əsas narahatlığı etirazçıların təhlükəsizliyidir. Onun sözlərinə görə, ABŞ İran rəhbərliyinə açıq mesaj göndərib.
Donald Tramp vurğulayıb ki, İran hakimiyyəti etirazçılara qarşı atəş açmağa başlasa, ABŞ da cavab olaraq güc tətbiq edəcək. Bununla belə, ABŞ-nin hansı konkret tədbirlərə əl ata biləcəyi barədə məlumat verilməyib.