BAKI, 10 yanvar. TELEQRAF
İran reallığı qəbul etməli, region ölkələri ilə normal münasibət qurmalıdır.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"in canlı efirində bildirib.
ABŞ ilə İran arasındakı nüvə danışıqlarına toxunan H.Fidan qeyd edib ki, hər iki tərəfə sərf edən sazişin olması vəziyyətin normallaşmasına təkan verə bilər: "İrana qəbul edilməyəcək şərtlər irəli sürülür. Burada ortaq məxrəcə gəlmək lazımdır. İran da keçmişdə olanları bir kənara qoymalı, reallıqları qəbul etməlidir”.
İrandakı etirazlara da toxunan H. Fidan nümayişçilərlə dil tapmağın vacib olduğunu deyib.