BAKI, 9 yanvar. TELEQRAF
Türkiyənin kürd silahlı qruplarını zərərsizləşdirməyə kömək etdiyi iddia olunur.
Teleqraf xəbər verir ki, bu barədə "İran Jurnalistinin Gündəliyi" Teleqram kanalı yazıb.
"Mənbələrə görə, Türkiyə İrana yaraqlıların hərəkətləri barədə kəşfiyyat məlumatları ötürüb. Bundan sonra SEPAH qüvvələri İlam və Kirmanşah əyalətlərində əməliyyat keçirib və PJAK qruplaşmasının üzvlərinin əksəriyyətini məhv edib" - məlumatda qeyd olunur.
Teleqram kanalı yazır ki, Türkiyə kəşfiyyatı yaraqlıların İraqdan gələn marşrutunu izləyib və İranla məlumat mübadiləsini əlaqələndirib. Bu da hücumun qarşısını tez bir zamanda almağa imkan verib.