BAKI, 10 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuelalı müxalif siyasətçi, parlamentin sabiq deputatı Mariya Korina Maçadonun ölkənin yeni hakimiyyətində yer ala biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu fikri Venesuela ətrafında yaranmış vəziyyətə həsr olunmuş görüşdə ABŞ-nin aparıcı neft şirkətlərinin rəhbərləri ilə müzakirələr zamanı səsləndirib.
ABŞ prezidenti qeyd edib ki, Maçado ilə şəxsən danışmaq niyyətindədir və onun ölkənin gələcək idarəetməsinin müəyyən aspektlərində iştirak edə biləcəyini istisna etmir. Trampın sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar vermək üçün müxalif siyasətçi ilə görüş keçirməlidir.
Donald Tramp əlavə edib ki, Mariya Korina Maçadonun yanvarın 13 və ya 14-də Vaşinqtona səfər edəcəyi gözlənilir.