BAKI, 10 yanvar. TELEQRAF
Fransalı futbolçu Aleksis Vergos Taylandın Samui adasında şəlalə yaxınlığında foto çəkməyə istəyərkən həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə RTL radiostansiyası məlumat yayıb.
Məlumata görə, hadisə futbolçunun istirahətdə olduğu vaxt Namuanq şəlaləsi yaxınlığında baş verib. Aleksis Vergos sevgilisi ilə birlikdə olarkən sürüşkən qayalar üzərindən büdrəyərək yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alaraq ölüb.
Bildirilir ki, futbolçunun sevgilisi ağac budağından yapışaraq xilas ola bilib. Hazırda onun güclü psixoloji şok vəziyyətində olduğu qeyd olunur.
Qeyd edək ki, Aleksis Vergosun 22 yaşı var idi.