BAKI, 29 noyabr. TELEQRAF
Qara dənizdə ard-arda iki ticarət gəmisində baş verən partlayışlarla bağlı rəsmi açıqlama verilib.
Teleqraf xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu “KAIROS” və “VIRAT” adlı gəmilərdə qeydə alınan partlayışların xarici qüvvələrin müdaxiləsi nəticəsində baş verməsi ehtimalını istisna etməyib.
Nazir bildirib ki, ilkin məlumatlara görə, ilk gəminin minaya düşdüyü ehtimal edilir:
“Birinci gəminin minaya düşdüyü barədə məlumat verildi. Ardınca ikinci gəmidə də partlayış baş verdiyini öyrəndik. Partlayışlardan sonra ilk ağıla gələn xarici müdaxilədir. Bunlar mina, raket, qayıq və ya dron ola bilər”.
Hadisələrlə bağlı araşdırma davam etdirilir.