BAKI, 20 sentyabr. TELEQRAF

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanı 20 Sentyabr Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" platformasında paylaşım edib.

"20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün soydaşlarımızı ürəkdən təbrik edirik. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla yad edirik. Dövlətimizin suverenliyi daim möhkəm, müstəqilliyimiz əbədi olsun!", - paylaşımda qeyd olunub.