BAKI, 16 sentyabr. TELEQRAF

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçirilir.

Teleqraf xəbər verir ki, komitənin gündəliyinə üç məsələ daxil edilib.

Bunlar Milli Məclisinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və o cümlədən komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi daxildir.

Həmçinin “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi də bugünkü iclasda müzakirəyə çıxarılıb.