BAKI, 26 may. TELEQRAF

İslamofobiya İslama və müsəlmanlara qarşı olan qorxu, nifrət və ayrı-seçkilikdir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ “Multi - Faith Neighbors Network”-un həmtəsisçisi və “Institute for Global Engagement”in prezidenti Bob Roberts “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Fərqli kontekstlərdə İslamafobiya: Regional Perspektvlər” panel müzakirəsində deyib.

"Bu cür yanaşma cəmiyyətlərdə yalnız müsəlmanları deyil, eyni zamanda digər dinlərin nümayəndələrini də dolayısı ilə təsir altına sala bilər. Çünki dini ayrı-seçkilik bir mədəniyyətə çevrildikdə, o, ümumilikdə dini azadlıqlara və müxtəlifliyə zərbə vurur", - deyə qeyd edib.