
BAKI, 25 mart. TELEQRAF
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin
partiyanın qrup toplantısında xalqı mitinqə dəvət etməsinə cavab verib.
Teleqraf xəbər verir ki, Özgür Özəlin bu çağırışını pisləyən Dövlət Baxçalı deyib:
"İnsanları küçəyə mitinqə dəvət etmək cinayətə və çevrilişə təhrikdir. Bunu edənlər mütləq cavab verməli olacaqlar".