
BAKI, 14 mart. TELEQRAF
Fransanın "Lion" klubunun futbolçusu Rayan Çerki UEFA Avropa Liqasında yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna martın 13-də Rumıniyanın FCSB komandasını evdə 4:0 hesabı ilə məğlub edərək, (ilk oyun - 3:1) növbəti mərhələyə adladıqları 1/8 final mərhələsinin cavab oyununda nail olub.
Fransalı oyunçu görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da Çerki Avropa Liqasında bir mövsümdə 8 məhsuldar ötürmə edən ilk oyunçu olub.
Qeyd edək ki, “Lion” Avropa Liqasının 1/4 finalında İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq.