BAKI, 14 mart. TELEQRAF

Bakının Yasamal rayonunda yaşayışı olmayan evdə silah-sursat tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə Penitensiar xidmət və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.