BAKI, 25 fevral. TELEQRAF

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasındakı mövcud strateji müttəfiqlik münasibətlərinə diqqət çəkilib, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın istiqamətləri müzakirə edilib.