BAKI, 25 fevral. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu həftə sonu Avropa liderləri ilə təcili görüş keçirəcəyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, o, bu barədə Dauninq-stritdəki iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib.
"Mövcud şəraitdə müttəfiqlərimizlə necə hərəkət edəcəyimizi müzakirə etmək üçün həftə sonu Londonda görüşəcəyik" - Starmer deyib.