
BAKI, 25 fevral. TELEQRAF
Ermənistan sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə rəsmi Bakının cavabı İrəvana təqdim olunub.
Teleqraf "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib .
“Biz Azərbaycandan sülh müqaviləsi ilə bağlı cavab almışıq, lakin kommunikasiyaların bloklanması və qarşılıqlı silahlara nəzarət mexanizmi kimi digər sahələr üzrə təkliflər cavabsız qalır”, - diplomat bildirib.
.