
BAKI, 25 fevral. TELEQRAF
Avropa İttifaqı nümayəndələri Hindistanın Baş naziri Narendra Modidən anti-Rusiya sanksiyalarına dəstək verməsini xahiş edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu həftə Yeni Dehlidə Hindistanın baş naziri ilə görüşəcək. Görüş zamanı Ursula fon der Leyen Narendra Modidən Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün kömək istəyəcək.
Qeyd olunur ki, avropalılar Hindistan tərəfini Rusiyanın həm Yeni Dehliyə, həm də Aİ üçün təhdid olduğuna inandırmağa çalışacaqlar. Bundan əlavə, Brüssel nümayəndələri Yeni Dehlidən Avropa İttifaqı üçün Hindistan bazarına çıxışı sadələşdirməyi xahiş edəcəklər.