
BAKI, 25 fevral. TELEQRAF
Kiyev Vaşinqtonla neft və qaz da daxil olmaqla mineral ehtiyatlarının birgə işlənməsinə dair sazişin şərtlərini razılaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times"a Ukrayna rəsmiləri məlumat verib.
Razılaşma ədliyyə, iqtisadiyyat və xarici işlər nazirləri tərəfindən təsdiqlənib.
Nəşrin məlumatına görə, sazişin Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın həftələrdə Vaşinqtona səfəri zamanı imzalanacağı gözlənilir.
Bildirilir ki, Ukrayna rəsmiləri sövdələşməni müharibədə Ukraynanın imkanlarının yaxşılaşdırılmasının əsas yolu kimi qiymətləndiriblər.
“Mədən müqaviləsi mənzərənin yalnız bir hissəsidir. Biz ABŞ administrasiyasından bunun əməkdaşlığın bir hissəsi olduğunu dəfələrlə eşitmişik”, - danışıqlara rəhbərlik edən Ukrayna baş nazirinin müavini və ədliyyə naziri Olqa Stefanişina bildirib.