
BAKI, 25 fevral. TELEQRAF
Amerika Birləşmiş Ştatları Ukraynadakı münaqişəyə son qoymağa və Rusiya ilə yeni münasibətlər qurmağa çalışır.
Teleqraf xəbər verir ki, bunu "Breitbart News"a müsahibəsində dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, Vaşinqton böhran aradan qaldırıldıqdan sonra Moskva ilə geosiyasi və iqtisadi sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək.
“Münaqişə sona çatarsa, 21-ci əsrdə ABŞ-Rusiya münasibətləri necə görünəcək? Əməkdaşlıq üçün sahələr varmı?" - Rubio qeyd edib.
O əlavə edib ki, danışıqlarda diplomatik nümayəndəliklərin işinin normallaşdırılması, dondurulmuş Rusiya aktivləri üzərindən sanksiyaların götürülməsi, Amerika şirkətlərinin Rusiya Federasiyasına qaytarılması müzakirə olunacaq.
Rubio onu da qeyd edib ki, Ukraynada münaqişə bitərsə, ABŞ Rusiya ilə dondurulmuş aktivləri və qərardan təsirlənən Amerika şirkətlərini müzakirə etməyi planlaşdırır.