BAKI, 14 oktyabr. TELEQRAF
Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.
Bu barədə Teleqraf Tacikistan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, Emoməli Rəhmon artıq Azərbaycana yola düşüb.
Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq.