BAKI, 14 oktyabr. TELEQRAF

Azərbaycanda jurnalistlər kiberdələduzların hədəfinə çevrilib.

Teleqraf-ın xəbərinə görə, tanınmış şəxsin adından jurnalistə yazaraq, guya Dövlət Təhlükəsizliyi Xidməti və ya digər hüquq-mühafizə orqanlarından zəng ediləcəyi bildirilir.

"Daha sonra əlaqə yaradan şəxs hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür. Bu, peşəkar şəkildə qurulmuş kiberdələduzluqdur və jurnalistlər bu saxta zənglərə inanmamalıdır. Belə mesaj alsanız, dərhal əlaqəni kəsin və hüquq-mühafizə orqanlarına xəbər verin", - deyə əldə etdiyimiz məlumatda qeyd olunub.