BAKI, 10 oktyabr. TELEQRAF

Rusiyanın Rostov vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar teleqram kanalında bildirib.

Gecə ərzində bölgə səmasında 100-dən çox pilotsuz aparat məhv edilib.

Hücum nəticəsində 6 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib, dördü isə xəstəxanaya çatdırılıb. Yaralılardan biri əməliyyat olunub.