BAKI, 18 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idatrəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsndə su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

07:57

Tovuz rayonunun Xatınlı avtomobil yolunda iki kişi meyiti aşkar edilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, meyitlərdən biri "VAZ 2107" markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə təxminən 100 metr kənarda aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan Xatınlı kənd sakini Həziyev Səid Sakit oğlunun meyiti xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Təxminən bir neçə metr kənarda isə Arzu Museyibovun meyiti tapılıb.

İlkin ehtimala görə, avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.