LƏNKƏRAN, 13 avqust. TELEQRAF
Lənkəran rayonunun 1 saylı Nərimanabad qəsəbəsi ərazisində yanğın başlayıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, ilkin məlumata görə, yanğın 30–50 hektara yaxın quru ot və kol-kos sahəsini əhatə edib.
Ərazidə küləkli hava şəraiti alovun sürətlə yayılmasına səbəb olub.
Yanğının söndürülməsi üçün Lənkəran şəhəri və Liman qəsəbəsi ilə yanaşı, Masallı rayonundan da əlavə qüvvə və texnika əraziyə cəlb edilib.
Məlumata görə, yanğının bir istiqaməti yaşayış evlərinə doğru irəliləyib. Yanğından yaranan tüstü uzaq məsafədən də müşahidə olunur.
Hazırda yanğının lokallaşdırılması və alovun yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.