TOVUZ, 7 avqust. TELEQRAF

Tovuz rayonunda qadın qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avqustun 6-da rayonun Əli Mərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu M.İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Ü.İsayev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

13:56

Tovuz rayonunda silahlı insident baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Əlimərdanlı kəndindəki fermada 1997-ci il təvəllüdlü Ülvü İsayev ov tüfəngi ilə 1961-ci il təvəllüdlü bibisi Məlahət İsayevanı qətlə yetirib.

Ülvi İsayev Vətən müharibəsi iştirakçısıdır.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.