MİNGƏÇEVİR, 17 avqust. TELEQRAF
Mingəçevir Dövlət Universitetində ölüm hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 1983-cü il təvəllüdlü usta Ruslan Seyidzadənin universitetdə təmir işləri aparakən qəfildən halı pisləşib və iş yerində keçinib.
İlkin müayinə zamanı onun ürək tutmasından vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.