MİNGƏÇEVİR, 12 avqust. TELEQRAF
Mingəçevirdə Kür çayında batan 21 yaşlı oğlanın meyiti tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 12 avqust tarixində Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
19:20
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata
***
17:22
Mingəçevir su anbarında batan var.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə su anbarı hövzəsindəki çimərlikdə qeydə alınıb.
Suda çimərkən batan 22 yaşlı gəncin axtarışlarına FHN-in Aran Dalğıc axtarış qrupu cəlb olunub.