BAKI, 18 avqust. TELEQRAF

Suriyanın İdlib şəhərinin ətrafında yerləşən Əbu Zühur hərbi aerodromuna bir neçə hava zərbəsi endirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Telekanalın mənbələri zərbələri İsrailin həyata keçirdiyini ehtimal etsələr də, Təl-Əviv hələlik heç bir rəsmi təsdiq verməyib.

Hadisə İsrail mediasının ötən həftə yaydığı məlumatdan sonra baş verib. Həmin məlumata görə, ABŞ İsrailin Suriya ərazisindəki hədəflərə hava zərbələri endirmək barədə müraciətini rədd edib. İsrailin hansı hədəfləri vurmaq istədiyi isə açıqlanmayıb.