GƏNCƏ, 13 mart. TELEQRAF
Gəncədə "Reno" və "Ford" markalı maşınların toqquşması nəticəsində yol qəzası baş verib. Biri körpə dörd nəfər xəsarət alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova, 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov və 1977-ci il təvəllüdlü Gülbəniz İbrahimova xəsarət alıb.
Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.