MİNGƏÇEVİR, 21 oktyabr. TELEQRAF
Mingəçevirdə zirzəmidən tapılan körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən binanın zirzəmisində aşkar olunan körpə oğlan uşağının valideynləri hələ ki tapılmayıb.
Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsdiq olunması istiqamətində axtarışlarını davam etdirir.
Qeyd edək ki, zirzəmidən halsız durumda tapılandan sonra xəstəxanaya yerləşdirilən körpənin ilkin müalicəsi uğurla başa çatıb, durumu stabilləşib.
Müalicənin davamı və digər vacib prosedurların təmin edilməsi üçün körpə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdirilib.