AĞDƏRƏ, 15 avqust. TELEQRAF
Ağdərə rayonunun Kolatağ kəndinə yola düşən ilk köç karvanı ünvana çatıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, ilkin mərhələdə kəndə 26 ailə olmaqla 89 nəfər köçürülüb.
Qeyd dək ki, köç karvanı Ağdamın Təzəkənd kəndinin keçid postundan yola düşmüşdü.
***
12:10
AĞDAM, 15 avqust. TELEQRAF
Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, köç karvanı Ağdamın Təzəkənd kəndinin keçid postundan yola düşüb.
Sözügedən kəndə ilk dəfə 26 ailə olmaqla 89 nəfər köçürülür.
İlkin mərhələdə köçürülən ailələr bu günə kimi Sumqayıt, Bərdə, Qəbələ, Göygöl, Füzuli, Oğuz, Ağcabədi, Ağdam rayonları, həmçinin Sumqayıt və Bakı şəhərlərində yerləşən inzibati binalarda məskunlaşan ailələrdir.