XOCALI, 11 avqust. TELEQRAF

Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xanyurduna çatan 19 ailədən ibarət olan 62 nəfər artıq öz dədə baba torpaqlarında evlə təmin edilib.

Açarların verilməsində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqınkomun əməkdaşları iştirak edib.

***

14:36

Ağdam rayon Dörd yol ərazisindən yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 19 ailə olmaqla 62 nəfər artıq öz dədə baba torpağına Xanyurdu kəndində çatıb.

Daha sonra Xanyurduna çatan ailələrə evlərin açarları təqdim ediləcək.

***

13:30

Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 19 ailə olmaqla 62 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən Xocalı rayonunun Xanyurdu kəndinə yola salınıb.

Xanyurduya köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.