Qarabağ separatçıları martın 8-dən qazdan məhrumdur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzetində dərc edilən məqalədə məlum olub.

Nəşrin yazdığına görə, Azərbaycanın bu bölgəsinin separatçı sakinləri martın 8-dən təbii qazdan məhrumdur və humanitar fəlakət təhlükəsi ilə üz-üzədir.

“Ermənistan” və “Mənim şərəfim var” parlament bloklarının bununla bağlı Ermənistan hökumətini müzakirə təşkil etməyə çağırıb.

Nəşr bir neçə gündür təbii qazın verilməsində qeyri-müəyyən fasilənin yaranmasına baxmayaraq, bu məsələlərin Ermənistan hökumətinin gündəmində olmadığını yazıb.