BAKI, 23 avqust. TELEQRAF
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazında Ənsar Allah (Husi) üsyançı hərəkatına məxsus minalanmış qayığı məhv edib və dəniz minasını zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Yəmənin SABA agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, dəniz qüvvələri partlayıcı maddələr daşıyan bir qayığı məhv edib və həmçinin üsyançılar tərəfindən gəmilərin marşrutu boyunca yerləşdirilən minanı dərhal zərərsizləşdirib.
Yəmən hava hücumundan müdafiə qüvvələri həmçinin Əl-Vadiyə sərhəd bölgəsinə yaxınlaşan Husi hücum pilotsuz təyyarəsini vurub. Hadisə nəticəsində heç kim xəsarət almayıb.