İçərisində 24 çinlinin olduğu yük gəmisi Hindistanın şərqindəki Benqal körfəzində batıb.

Teleqraf xəbər verir ki, Panama bayrağı altında üzən gəminin göyərtəsində 24 heyət üzvü olub. Gəmi Odişadan dəmir filizi yükü ilə Sinqapura gedirdi.

Hadisədən sonra Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb. Bölgədəki digər gəmilər də xilasetmə işlərinə kömək etmək üçün xəbərdar edilib.

Yerli polis sözçüsü agentliyə bildirib ki, hakimiyyət orqanları hələ də neçə nəfərin xilas edildiyini müəyyən etməyə çalışır.