BAKI, 23 avqust. TELEQRAF
İsrail Ankara ilə münaqişənin qızışmasında maraqlı deyil, lakin Suriyada Türkiyə hərbi bazalarının yaradılmasına icazə verməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar N12 televiziyasında açıqlamasında deyib.
“Əvvəla, biz Türkiyə ilə münaqişənin qızışmasında maraqlı deyilik. Biz Suriyada sabitliyin və status-kvonun qorunmasında maraqlıyıq. Lakin biz Suriyada Türkiyə hərbi bazalarının yaradılmasına və ya Türkiyə qoşunlarının Suriyanın cənubuna irəliləməsinə dözməyəcəyik. İsrail buna icazə verə bilməz”, - Saar bildirib.
Onun sözlərinə görə, İsrail həmişə münaqişələri diplomatik danışıqlar yolu ilə həll etməyə üstünlük verəcək: "Bəzən hərəkət etməkdən başqa çarəmiz qalmır, amma həmişə diplomatik yola üstünlük verəcəyik".