BAKI, 22 avqust. TELEQRAF
Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev istehza ilə Kanadanın 52-ci Amerika ştatı olmasını təklif edib.
Teleqraf xəbər verir ki, Dmitriyev "X"dəki paylaşımında yazıb: "Sadəcə 52-ci ştat olun və rahatlaşaın. Bununla ABŞ ilə ticarət danışıqlarını dayandıra bilərsiniz".
Qeyd edək ki, ABŞ dünən təxminən 20 milyard dollar dəyərində Kanada mallarına 50 faizlik tarif tətbiq edib. Buna cavab olaraq Kanada polad, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, sellüloz və kağız və elektronikaya dollarla dollar arasında tarif tətbiq etməyi planlaşdırır.