BAKI, 23 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasında II tura bu gün yekun vurulacaq.
Teleqraf xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Tovuzda start götürəcək. “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Rauf Cabbarovun idarə edəcəyi görüş saat 18:30-da start götürəcək.
Turun son matçı isə Bakıda baş tutacaq. “Neftçi” doğma azarkeşləri önündə “Araz-Naxçıvan”la üz-üzə gələcək. Qarşılaşma saat 20:45-də "Palms Sports Arena"da start götürəcək. Bu görüşü isə Rəşad Əhmədov idarə edəcək.