Azərbaycan Premyer Liqasında II tur davam edir.
Teleqraf xəbər verir ki, “İmişli” bu turda “Zirə”nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
“Qartallar”ın heyətində Eren Aydın (44), Ruan Renato (80) və Davit Volkov (90+5) qonaqlarda isə Dieqo Almeyda (83) fərqlənib.
Qeyd edək ki, günün ilk matçında “Şəfa” səfərdə “Qəbələ”ni məğlub edib - 1:0.