GORANBOY, 22 avqust. TELEQRAF
Goranboy rayonda ağır yol qəzasında ölən şəxslərin adları bilinib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə zamanı Akşin İbrahimov və Xəyyam Ələkbərov hadisə yerində vəfat ediblər. Araz Şükürov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məlumat üçün bildirək ki, qəza rayonun Qızılhacılı avtomobil yolunda qeydə alınıb. Hadisə zamanı üç minik maşını toqquşub.

***
21:22
Goranboyda baş verən qəzada iki nəfər ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qızılhacılı kəndi ərazsindən keçən yolda baş verib. Qəza zamanı daha bir nəfərin yaralandığı qeyd olunur.
Qəzada həyatını itirənlər toy mərasimindən qayıdırlarmış.
***
20:52
Goranboyda ölümlə nəticələnən qəza baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Naftalan yolunda qeydə alınıb.
İlkin məlumata görə, "VAZ 2107", "Mercedes" və daha minik maşınının toqquşması nəticəsində bir nəfər vəfat edib.
Faktla bağlı araşdırma aparılır.