BAKI, 23 avqust. TELEQRAF
Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 20-ni ötüb.
Teleqraf xəbər verir ki, Tokionun bəzi ərazilərində su boruları partlayıb, yolları su basıb, bəzi binalarda liftlər avtomatik dayanıb.
***
05:27
Yaponiyanın Böyük Tokio bölgəsində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində azı yeddi nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkədə təcili tibbi yardım funksiyasını da yerinə yetirən yanğınsöndürmə xidməti məlumat yayıb.
Zəlzələ avqustun 23-nə keçən gecə Böyük Tokio bölgəsində baş verib. Xəsarət alanların əsasən müxtəlif əzilmələr aldığı bildirilib.
Güclü yeraltı təkanlar təxminən 20 saniyə davam edib. Tokio şəhərində mebellər silkələnib, qab-qacaq düşüb və xəbərdarlıq sistemi işə düşüb.